Rusiya Ermənistandan gül idxalını məhdudlaşdırır
Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidməti – "Rosselxoznadzor" 2026-cı il mayın 22-dən Ermənistandan gül məhsullarının idxalına müvəqqəti qadağa tətbiq edəcək.
Ajans.az xəbər verir ki, bu barədə qurum məlumat yayıb.
Məlumata görə, istixanalarda aparılan yoxlamalar yekunlaşana və əldə olunan nəticələr təhlil edilənədək Ermənistandan Rusiyaya idxal olunan və tranzitlə göndərilən gül məhsullarına məhdudiyyət qüvvədə qalacaq.
Mövzular: