Reklam resmi
Reklam resmi

Ərdoğan Trampa başsağlığı verdi

Ərdoğan Trampa başsağlığı verdi
Dünya

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə ABŞ Prezidenti Donald Tramp arasında telefon danışığı baş tutub. Liderlər Türkiyə-ABŞ ikitərəfli münasibətlərini, həmçinin regional və qlobal məsələləri müzakirə ediblər.

Ajans.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə Əlaqələr Departamenti məlumat yayıb.

Ərdoğan danışıq zamanı regiondakı münaqişə prosesində atəşkəsin uzadılması qərarını müsbət bir addım kimi qiymətləndirdiyini bildirib. O, ixtilaflı məsələlərdə məntiqli həll yolunun tapılmasının mümkünlüyünə inandığını və ortaya qoyulan konstruktiv təşəbbüslərə Türkiyənin dəstəyinin davam edəcəyini vurğulayıb.

Mövzular:
Ərdoğan Türkiyə Tramp ABŞ

Digər Xəbərlər