İran məsələsində son mərhələdəyik - TRAMP
ABŞ Prezidenti Donald Tramp Vaşinqton və Tehran arasında hərbi münaqişənin başa çatdırılması ilə bağlı aparılan danışıqların yekun mərhələyə çatdığını hesab etdiyini bildirib.
Ajans.az xəbər verir ki, Tramp bu açıqlamanı Vaşinqtondan Qroton şəhərinə yola düşməzdən əvvəl jurnalistlərə verib.
“İran məsələsində artıq son mərhələdəyik. Görək nə baş verəcək. Ya razılıq əldə edəcəyik, ya da xoşagəlməz addımlar atacağıq. Ümid edirəm ki, sonuncu baş verməz”, - deyə Tramp vurğulayıb.
Mövzular: