Rusiyada FACİƏ: Məktəbdə balkon UÇDU-Uşaqlar XƏSARƏT ALDI
Sevastopoldakı 13 nömrəli məktəbdə balkonun uçması nəticəsində on uşaq xəsarət alıb.
Ajans.az xarici mediaya istinadən xəbər verir ki,şəhər qubernatoru Mixail Razvojayevin məlumatına görə, uşaqlar əvvəlcə şəkil çəkdirmək üçün balkona çıxıblar. Daha sonra balkonun konstruksiyası çöküb.
Hadisə yerinə təcili yardım və xilasedici xidmətlər cəlb olunub. Zərərçəkənlər müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya yerləşdiriliblər.
Hadisənin səbəbləri ilə bağlı araşdırma aparılır.
Mövzular: