Reklam resmi
Reklam resmi

ABŞ İrana qarşı sanksiyaları genişləndirib

ABŞ İrana qarşı sanksiyaları genişləndirib
Dünya

Vaşinqton administrasiyası İranla əlaqəli şirkətlərə və fiziki şəxslərə qarşı növbəti sanksiyalar paketini tətbiq edərək, bu siyahıya 28 təşkilat, 19 tanker və 4 fiziki şəxsi əlavə edib.

Ajans.az xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyinin rəsmi saytında məlumat yayılıb.

Sənədə əsasən, məhdudiyyətlər İranda yerləşən, həmçinin "Ebrahimi and Associates Partnership Company" kimi də tanınan və qurumun məlumatına görə, müxtəlif yurisdiksiyalarda saxta şirkətlərin geniş şəbəkəsinə malik olan "Amin Exchange" şirkətinə qarşı tətbiq edilir.

"İranın kölgə bank sistemi terror məqsədləri üçün vəsaitlərin qeyri-qanuni köçürülməsinə kömək edir", - ABŞ-nin maliyyə naziri Skott Bessent bildirib.

Mövzular:
ABŞ İran sanksiya

Digər Xəbərlər