Köçəryan Paşinyanı ölümlə HƏDƏLƏDİ
“Robert Köçəryan iyunun 7-də keçiriləcək parlament seçkilərində uduzacağını bildiyi üçün Ermənistan Baş naziri Nikol Paşinyanı ölümlə hədələyir”.
Ajans.az xəbər verir ki, bunu Ermənistanın “Respublika” partiyasının siyasi şurasının üzvü və deputatlığa namizəd Anahit Adamyan deyib.
Siyasətçi 1999-cu il oktyabrın 27-də Ermənistan parlamentində törədilən terror aktını xatırladıb:
“27 Oktyabr hadisəsini yenidən təkrarlamağa çalışırlar. Samvel Karapetyan və Robert Köçəryanın zəifliyi göz qabağındadır, məhz buna görə “əzələ nümayişi” etməyə çalışırlar. Bütün bunlar iyunun 8-də bitməyəcək, seçkilərin saxtalaşdırılacağını iddia etmələri təsadüfi deyil”.
Mövzular: