Reklam resmi
Reklam resmi

Rusiyada DƏHŞƏT: Yeniyetmə güllələnib

Rusiyada DƏHŞƏT: Yeniyetmə güllələnib
Dünya

Lyubertsı şəhərində yaşayış kompleksinin həyətində 14 yaşlı yeniyetmə güllə yarası alıb.

Ajans.az SHOT-a istinadən xəbər verir ki, hadisə mayın 14-də baş verib.

Bildirilir ki, bir qrup yeniyetmə həyətdə skamyada oturaraq telefonla danışdığı vaxt naməlum şəxs onlardan birini pəncərədən atəşə tutub. Güllə yeniyetmənin kürəyinə dəyib.

Hadisədən sonra əraziyə təcili yardım çağırılıb. Yaralı xəstəxanaya yerləşdirilib və güllə əməliyyatla çıxarılıb. Şahidlər yaxınlıqdakı binalardan birində atəşdən sonra pəncərənin bağlandığını görüblər.

Zərərçəkənin ailəsinin vəkili Roman Zakiryanovun sözlərinə görə, yeniyetmə iki gün xəstəxanada qalıb və daha sonra evə buraxılıb, vəziyyəti qənaətbəxşdir.

Hadisə ilə bağlı “xuliqanlıq” maddəsi üzrə cinayət işi açılıb, naməlum şəxsin axtarışları davam edir.

author picture
Leyla Bayandurlu
Mövzular:
Rusiya Lyubertsı şəhəri

Digər Xəbərlər