İsraildə terrorçular üçün ölüm cəzasının tətbiqini nəzərdə tutan qanun qüvvəyə minib.
Ajans.az İsrail Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, Mərkəzi Komandanlığın rəhbəri general-mayor Avi Blot Qərb Şəriyəsində təhlükəsizlik tədbirlərinə dair fərmana müvafiq düzəlişi təsdiqləyib.
Qeyd olunur ki, düzəliş parlament tərəfindən qəbul edilmiş qanunun praktik tətbiqinə imkan yaradır. Yeni qaydalara əsasən, Yəhudeya və Samariya (Qərb Şəriyə) ərazilərində terrorçulara ölüm cəzası tətbiq edilə biləcək.
Nazirlik bildirib ki, bu qərar İsrailin təhlükəsizlik siyasətində ciddi dəyişiklikdir və 7 oktyabr 2023-cü ildə baş verən hücumlara cavab olaraq qəbul edilib.