ABŞ-də ildırım 6000 hektar ərazini KÜLƏ DÖNDƏRDİ
ABŞ-ın Texas ştatında ildırım düşməsi nəticəsində dəmir yolu körpüsü tamamilə dağılıb, yaxınlıqdakı evlərə və nəqliyyat vasitələrinə ciddi ziyan dəyib.
Ajans.az xarici mediaya istinadən xəbər verir ki, hadisədən sonra başlayan yanğın güclü küləklərin təsiri ilə sürətlə yayılıb. Saatda 48 km-dən (30 mil/saat) artıq sürətlə əsən külək alovun geniş əraziyə yayılmasına səbəb olub. Nəticədə yanğın təxminən 6000 hektar ərazini əhatə edib.
Mövzular: