Təxminən 10 ildən sonra ilk dəfə Çin ABŞ istehsalı olan Boeing təyyarələrinin alınmasına razılıq verib.
Ajans.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Trampın açıqlamasında deyib.
Pekin ABŞ-dan 200 ədəd Boeing təyyarəsi alacaq. Lakin o, hansı modellərin nəzərdə tutulduğunu dəqiqləşdirməyib.
Məlumata görə, ilkin mərhələdə 500 təyyarə üçün müqavilə müzakirə olunub. Çin sonuncu dəfə ABŞ-dan təyyarə alışını 2017-ci ildə, Trampın ilk prezidentlik dövründə həyata keçirib.