Reklam resmi
Reklam resmi

Daha bir YENİ VİRUS: Gəmi karantinə ALINIB

Daha bir YENİ VİRUS: Gəmi karantinə ALINIB
Dünya

Fransanın Bordo limanında lövbər salan kruiz gəmisində norovirus infeksiyası səbəbindən 1700-dən çox sərnişin və heyət üzvünə karantin tətbiq edilib.

Ajans.az xarici mediaya istinadən xəbər verir ki, “Ambassador Cruise Line” şirkətinə məxsus “Ambition” gəmisi çərşənbə axşamı Bordoya çatıb. Gəmidə ümumilikdə 1233 sərnişin, əsasən Böyük Britaniya və İrlandiya vətəndaşları olub.

Səhiyyə orqanlarının bildirdiyinə görə, gəmidə olan 90 yaşlı sərnişin vəfat edib. İlkin ehtimallara əsasən, ölümün səbəbi norovirus infeksiyası ola bilər. Bundan əlavə, təxminən 50 nəfərdə xəstəliyin simptomları qeydə alınıb.

Norovirus qusma və ishal ilə müşayiət olunan, yüksək yoluxuculuğa malik qastroenterit növüdür.

Gəmi mayın 6-da Şetland adalarından yola düşüb. Bordoya çatmazdan əvvəl Belfast, Liverpul və Brest limanlarında dayanıb. Marşruta əsasən, növbəti dayanacaq İspaniya olmalı idi.

Hazırda vəziyyət nəzarət altına alınmağa çalışılır, sərnişinlər və heyət üzvləri tibbi müşahidə altındadır.

author picture
Leyla Bayandurlu
Mövzular:
Fransa Bordo limanı norovirus infeksiyası

Digər Xəbərlər