İran ABŞ-la danışıqlar üçün şərtlərini irəli sürüb
İran hakimiyyəti ABŞ-la danışıqları bərpa etmək üçün Vaşinqton qarşısında beş əsas şərt irəli sürüb.
Ajans.az xəbər verir ki, bu barədə “Fars” agentliyi mənbəyə istinadən məlumat yayıb.
Şərtlərə bütün cəbhələrdə, xüsusilə Livanda müharibənin dayandırılması, İrana qarşı sanksiyaların ləğvi, dondurulmuş İran vəsaitlərinin blokdan çıxarılması, müharibənin vurduğu zərərə görə təzminatın ödənilməsi və İranın Hörmüz boğazı üzərində suverenlik hüququnun tanınması daxildir.
Mövzular: