Ajans.az Mash teleqram kanalına istinadən xəbər verir ki, 16 yaşlı yeniyetmə səhər saatlarında məktəbə gələrək atəş açıb və nəticədə birinci və ikinci sinifdə oxuyan iki uşaq — bir oğlan və bir qız yaralanıb. Onlar xəstəxanaya yerləşdirilib, həyati təhlükələrinin olmadığı bildirilir.
Hadisəni törədən şagird saxlanılıb. Bildirilir ki, o, atası olmadan anası və kiçik bacısı ilə yaşayır və əvvəllər profilaktik nəzarətdə olmayıb. Dindirmə zamanı silahı özü aldığını etiraf edib.