İsrailə görə Avroviziya boykot EDİLDİ
2026-cı ildə Vyanada keçirilən Avroviziya Mahnı Müsabiqəsi İsrailin iştirakı səbəbilə qalmaqallarla müşayiət olunur. Hollandiya, Sloveniya, İspaniya, İrlandiya və İslandiya nümayəndələri boykot elan ediblər. Nəticədə yarışmada 35 ölkə iştirak edir.
Ajans.az xəbər verir ki, israilli iştirakçı Noam Bettan mümkün təxribatlara qarşı hazırlaşdığını bildirib. Onun sözlərinə görə, məşqlər zamanı komandası qəsdən çıxışına maneələr yaradaraq onu çətin şəraitə uyğunlaşdırıb.
Ukraynanı LELÉKA qrupundan Viktoriya Kornikova “Ridnym” mahnısı ilə təmsil edəcək. Bukmeykerlər onun finalda ilk onluğa düşəcəyini proqnozlaşdırırlar. Bununla belə, müğənni uzun müddət Almaniyada yaşadığı üçün ölkə daxilində tənqid olunub.
Müsabiqənin favoritləri arasında Finlandiya göstərilir. Həmçinin Danimarka və Yunanıstanın da yüksək nəticə əldə edəcəyi gözlənilir. Rusiya və Belarus isə Avropa Yayım Birliyi tərəfindən yarışmadan kənarlaşdırılıb.
Vyanadakı Wiener Stadthalle arenasında keçirilən müsabiqənin açılışı baş tutub. Yarımfinallar və final mərhələsi mayın 16-da keçiriləcək.