Vulkan püskürməsi: 3 nəfər HƏLAK OLUB
İndoneziyada, Halmahera adasında yerləşən Dukono vulkanının püskürməsi nəticəsində üç nəfər həlak olub.
Ajans.az Yerli Detik xəbər agentliyinə istinadən xəbər verir ki, ölənlər arasında iki xarici turist və bir yerli sakin var. Hadisə zamanı təxminən 20 nəfər dağın yamacında qalıb.
Şimali Halmahera polis rəisi Erlichson Pasaribu bildirib ki, “Bəli, üç nəfər ölüb. Onlardan ikisi Sinqapur vətəndaşı, biri isə Cayapurada anadan olmuş yerli vətəndaşdır”.
Xilasetmə xidmətləri bölgədə təxliyə əməliyyatlarını davam etdirir. France-Presse agentliyinin yaydığı məlumata əsasən, itkin düşənlər arasında doqquz Sinqapur vətəndaşı da olmaqla ümumilikdə 20 turistin olduğu bildirilir.
Mövzular: