Reklam resmi
Reklam resmi

Ebru Gündeş beşinci dəfə EVLƏNİR

Ebru Gündeş beşinci dəfə EVLƏNİR
Dünya

Məşhur müğənni Ebru Gündeşin ailə qurcağı ilə bağlı xəbərlər yayılıb.

Ajans.az xarici mediaya istinadən xəbər verir ki, “Gel konuşalım” proqramında səsləndirilən iddiaya görə, bu yaxınlarda cavanlaşmaq məqsədilə üzgərdirmə etdirən Gündeş beşinci dəfə evlənməyə hazırlaşır.

Proqramın aparıcısı Ece Erken canlı yayımda “Böyük şok” deyərək bu iddianı dilə gətirib. Erken “Hətta həkiminə qədər öyrəndim, amma buna cavab ala bilmədim” deyib. Aparıcı Mehmet Üstündağ isə “Yaxın dostları ilə birbaşa danışdım, sevgilisinin belə olmadığını dedilər”, deyə bildirib.

Qeyd edək ki, 51 yaşlı E.Gündeş ilk evliliyini hələ 16 yaşında olarkən Hamdi Vardar ilə edib. Daha sonra Ömər Durak ilə qısamüddətli münasibət yaşayıb. Ən çox danışılan evliliyi isə 2010-cu ildə Rıza Zarrab ilə olub və bu evlilikdən Alara adlı bir qızı dünyaya gəlib. Son olaraq 2024-cü ildə Dubayda Murat Osman Özdemir ilə evlənən Gündeş, bu münasibətinə 2025-ci ildə son qoyub.

author picture
Leyla Bayandurlu
Mövzular:
Ebru Gündeş Türkiyə

Digər Xəbərlər