İsraildə hantavirusa ilk yoluxma halı TƏSDİQLƏNDİ
İsraildə hantavirus infeksiyasına ilk yoluxma halı qeydə alınıb.
Ajans.az “Jerusalem Post” qəzetinə istinadən xəbər verir ki, xəstə bir neçə ay əvvəl Şərqi Avropada olduğu müddətdə virusa yoluxub. Hakimiyyət orqanları hələlik xəstənin yaşadığı şəhəri və ya infeksiyanın aşkarlandığı tibb müəssisəsini açıqlamayıb.
Məlumata görə, xəstə simptomlar yarandıqdan sonra tibbi yardıma müraciət edib. İlkin olaraq aparılan antikor testi hantavirus infeksiyasını göstərib, daha sonra isə PCR testi ilə diaqnoz təsdiqlənib.
Hazırda xəstənin vəziyyəti stabil qiymətləndirilir. O, həkim nəzarəti altındadır və reanimasiya və ya ciddi təcrid tədbirlərinə ehtiyac duyulmur.
Mövzular: