ABŞ İraqa sanksiyalar tətbiq edib
Amerika Birləşmiş Ştatları İraqın neft nazirinin müavininə, bu ölkənin bəzi enerji müəssisələrinə və İraqda fəaliyyət göstərən iki silahlı qrupa qarşı sanksiyalar tətbiq edib.
Ajans.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Tommi Piqott açıqlama yayıb.
Onun sözlərinə görə, ABŞ-nin qara siyahısına daxil edilən şəxslər və qurumlar İraqın suverenliyinə xələl gətirir, ölkənin təbii ehtiyatlarını talayır, İran hökumətini maliyyələşdirir və ABŞ vətəndaşlarına qarşı zorakılıqları təşviq edirlər.
Mövzular: