Reklam resmi
Reklam resmi

Ağır təyyarə qəzası: PİLOT ÖLDÜ

Ağır təyyarə qəzası: PİLOT ÖLDÜ
Dünya

Rusiyanın Omsk vilayətində baş verən təyyarə qəzasının qurbanları ilə bağlı yeni təfərrüatlar açıqlanıb.

Ajans.az xarici mediaya istnadən xəbər verir ki, qəzaya “Aviabaza” şirkətinə məxsus “Aeroprakt-22” tipli yüngül təyyarə uğrayıb. Məlumata görə, təyyarənin pilotu cəmi bir il əvvəl işə başlayıb.

Bildirilir ki, 25 yaşlı pilot üçün bu, ilk iş yeri olub. O, aviasiyaya böyük maraq göstərir, uçuşlara olan həvəsini sosial şəbəkələrdə fəal şəkildə paylaşırdı.

Qəza nəticəsində həyatını itirən ikinci şəxs isə 44 yaşlı kişidir. Onun uzun illər Nijni Novqorod və Volqa bölgəsində meşə mühafizəsi sahəsində çalışdığı qeyd olunur. Hadisə zamanı konkret vəzifəsi isə hələlik dəqiqləşdirilməyib.

Bundan əvvəl qəza yerindən yayılan görüntülərdə təyyarənin zərbə zamanı aşdığı əks olunub.

author picture
Leyla Bayandurlu
Mövzular:
Rusiya Omsk vilayəti təyyarə

Digər Xəbərlər