Reklam resmi
Reklam resmi

İran Hörmüzdən keçən gəmilərə XƏBƏRDARLIQ ETDİ

İran Hörmüzdən keçən gəmilərə XƏBƏRDARLIQ ETDİ
Dünya

İran Silahlı Qüvvələrinin elit bölməsi olan İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələri bütün gəmiləri Hörmüz boğazından yalnız Tehranın müəyyən etdiyi dəhlizlə keçməyə çağırıb.

Ajans.az xəbər verir ki, hərbçilərin bu xəbərdarlığı İranın dövlət televiziyası vasitəsilə yayımlanıb.

"Bildiririk ki, İran tərəfindən təklif edilən dəhliz Hörmüz boğazından keçmək üçün yeganə təhlükəsiz yoldur. Gəmilərin fərqli marşrutlara yönləndirilməsi təhlükəlidir və SEPAH-ın Hərbi Dəniz Qüvvələri bu addımı atan hər kəsə qarşı sərt tədbirlər görəcək", - deyə bəyanatda qeyd olunub.

Mövzular:
İran SEPAH hörmüz

Digər Xəbərlər