Reklam resmi
Reklam resmi

Təyyarə binaya ÇIRPILDI: ÖLƏNLƏR VAR

Təyyarə binaya ÇIRPILDI: ÖLƏNLƏR VAR
Dünya
1124

Braziliyanın Belo Horizonte şəhəri yaxınlığında tək mühərrikli Cessna/EMB-721 tipli təyyarə havaya qalxdıqdan dərhal sonra yaşayış binasına çırpılıb.

Ajans.az SHOT teleqram kanalına istinadən xəbər verir ki, təyyarə Pampulya hava limanından havaya qalxdıqdan az sonra pilot texniki nasazlıq barədə dispetçerlərə xəbər verib. Bundan sonra hava gəmisi sürətlə hündürlüyünü itirərək yaşayış binasına çırpılıb və binanın divarını deşib.

Qəza nəticəsində iki pilot həlak olub. Göyərtədə olan digər üç nəfər müxtəlif dərəcəli xəsarətlər alaraq xəstəxanaya yerləşdirilib.

View this post on Instagram

A post shared by Ajans.az (@ajans.az)

author picture
Leyla Bayandurlu
Mövzular:
braziliya təyyarə

Digər Xəbərlər