Reklam resmi
Reklam resmi

Qəzzanın cənubunda üç silahlı ÖLDÜRÜLÜB

Qəzzanın cənubunda üç silahlı ÖLDÜRÜLÜB
Dünya

İsrail Müdafiə Qüvvələri (İMQ) Qəzza zolağının cənubunda üç silahlının öldürüldüyünü açıqlayıb.

Ajans.az xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.

"Şənbə günü Qəzza zolağının cənubundakı qoşunlar Sarı Xətti keçən dörd terrorçunu müəyyən ediblər. Onları müəyyən etdikdən sonra qoşunlar təhlükəni aradan qaldırmaq üçün terrorçulara atəş açıblar. Üç terrorçu öldürülüb. Digəri isə yaralanıb", - deyə açıqlamada bildirilir.

Mövzular:
Qəzza zolağı İsrail Müdafiə Qüvvələri

Digər Xəbərlər