Hava məkanı tam şəkildə AÇILIR - Bu ölkədə
Birləşmiş Ərəb Əmirliklərinin Mülki Aviasiya Baş İdarəsi hava məkanının tam şəkildə yenidən açıldığını və əvvəllər tətbiq edilmiş məhdudiyyətlərin aradan qaldırıldığını elan edib.
Ajans.az xəbər verir ki, bu barədə BƏƏ-nin dövlət xəbər agentliyi WAM-ın məlumat yayıb.
Bildirilir ki, ölkənin hava məkanında əməliyyatlar tam gücü ilə bərpa olunub. Qərar vəziyyətin və təhlükəsizlik şəraitinin "hərtərəfli qiymətləndirilməsindən" sonra verilib.
Mövzular: