Reklam resmi
Reklam resmi

Azərbaycan neftinin qiyməti 80 dolları ötdü

Azərbaycan neftinin qiyməti 80 dolları ötdü
İqtisadiyyat

"Azeri Light" markalı Azərbaycan neftin qiyməti 80 dolları ötüb.

Ajans.az xəbər verir ki, dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 1,36 ABŞ dolları, yaxud 1,73 % artaraq 80,38 ABŞ dolları təşkil edir.

Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 75 ABŞ dollarından hesablanıb.

Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.

Mövzular:
neft dollar Azərbaycan

Digər Xəbərlər