Medvedev: Avropanı axmaqlar İDARƏ EDİR
“Hazırda Avropa İttifaqının (Aİ) başında onilliklər ərzində qurulmuş sistemi dağıdan axmaqlar dayanır”.
Ajans.az xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev deyib.
“Çox da uzaq olmayan keçmişdə bizə elə gəlirdi ki, Avropa ilə ən azı qlobal problemlərin təhili baxımından eyni səviyyədəyik, müəyyən mənada tarixlə bağlı ortaq mədəni kodumuz var. Amma hər şey dəyişdi. Mən indiki vəziyyətin necə olduğunu deməyə məcbur oldum. İndi Avropaya, Avropa İttifaqına axmaqlar rəhbərlik edir. Sadəcə axmaqlar - onlar kömür-polad ittifaqından müasir Avropa İttifaqına çevrilmədən bəri onilliklər ərzində yaradılanı özləri dağıdırlar”, - o bildirib.
Mövzular: