Reklam resmi
Reklam resmi

Bu ölkədə GÜCLÜ yanğın: ÖLƏNLƏR VAR

Bu ölkədə GÜCLÜ yanğın: ÖLƏNLƏR VAR
Dünya

Cənubi Koreyanın Uiwang şəhərində 20 mərtəbəli yaşayış binasında yanğın baş verib. Hadisə 14-cü mərtəbədə qeydə alınıb və alovun söndürülməsi təxminən iki saat davam edib.

Ajans.az xarici mediaya istinadən xəbər verir ki, yanğın nəticəsində evli cütlük həyatını itirib. 60 yaşlı kişi binadan yıxılaraq ölüb, onun həyat yoldaşı isə mənzildə huşsuz vəziyyətdə tapılıb. Daha altı nəfər yüngül xəsarət alıb və tüstüdən zəhərlənib.

Hadisə yerində kişiyə məxsus olduğu ehtimal edilən və maliyyə çətinliklərinə işarə edən intihar məktubu aşkar edilib.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

author picture
Leyla Bayandurlu
Mövzular:
Cənubi Koreya yanğın

Digər Xəbərlər