Reklam resmi
Reklam resmi

Moskvada mobil internetə MƏHDUDİYYƏT QOYULDU

Moskvada mobil internetə MƏHDUDİYYƏT QOYULDU
Dünya

Rusiya paytaxtı Moskva şəhərində 5, 7 və 9 may tarixlərində mobil internetə məhdudiyyətlərin tətbiq ediləcəyi bildirilir.

Ajans.az “Kommer­sant” qəzetinə istinadən xəbər verir ki, məhdudiyyətlər təhlükəsizlik tədbirləri ilə bağlıdır. Mənbə qeyd edib ki, “məhdudiyyətlər olacaq, lakin onların əhatə dairəsi hələ də tam bəlli deyil”.

Məlumata əsasən, 7 mayda tətbiq olunacaq məhdudiyyətlər Qələbə Günü paradının məşqləri ilə, 9 mayda isə rəsmi paradla əlaqələndirilir. Məhdudiyyətlərin yalnız şəhər mərkəzini deyil, həm də Moskva Dairəvi Yolu daxilindəki əraziləri əhatə edəcəyi gözlənilir.

Qeyd edək ki, bundan əvvəl də Moskvada mobil internetin təhlükəsizlik səbəbilə müvəqqəti məhdudlaşdırıldığı hallar olub.

author picture
Leyla Bayandurlu
Mövzular:
mobil internet Moskva

Digər Xəbərlər