ABŞ müdafiəyə bu qədər vəsait ayıracaq
ABŞ-nin müdafiə xərclərinin artırılması ilə bağlı yeni planı açıqlanıb. Pentaqon tərəfindən təklif edilən 2027-ci maliyyə ili üçün 1,5 trilyon dollarlıq müdafiə büdcəsinin ölkənin texnologiya sahəsində liderliyini təmin edəcəyi bildirilir.
Ajans.az xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri, general Dan Caine Nümayəndələr Palatasının Silahlı Qüvvələr Komitəsində keçirilən dinləmələrdə danışıb.
O qeyd edib ki, belə böyük büdcə gələcək təhlükəsizliyə yönəlmiş tarixi investisiyadır və sürətlə inkişaf edən texnologiyalar sahəsində ABŞ-nin üstünlüyünü qorumağa xidmət edəcək.
Mövzular: