Reklam resmi
Reklam resmi

Ukraynada hərbi vəziyyət UZADILDI

Ukraynada hərbi vəziyyət UZADILDI
Dünya

Ukrayna Prezidenti Vladimir Zelenski səfərbərlik və hərbi vəziyyətin uzadılmasını nəzərdə tutan qanun layihələrini parlamentə təqdim edib.

Ajans.az RBC-Ukrayna-ya istinadən xəbər verir ki, sənədlər Ali Radanın rəsmi saytında dərc olunub. Söhbət prezident fərmanlarının təsdiqini nəzərdə tutan 15197 və 15198 nömrəli iki qanun layihəsindən gedir.

Qanun layihələrindən birində qeyd olunur ki, “Ukrayna Prezidentinin 27 aprel 2026-cı il tarixli 343/2026 nömrəli ‘Ümumi səfərbərlik müddətinin uzadılması haqqında’ fərmanı təsdiq edilsin”. Sənədin qəbul edildiyi halda dərhal ictimaiyyətə elan olunacağı və 4 may 2026-cı il tarixindən qüvvəyə minəcəyi bildirilir.

Məlumata əsasən, layihələr Ali Rada tərəfindən qəbul edildikdən və prezident tərəfindən imzalandıqdan sonra səfərbərlik və hərbi vəziyyət 90 gün müddətinə — 2 avqust tarixinədək uzadılacaq.

author picture
Leyla Bayandurlu
Mövzular:
Rusiya Ukrayna

Digər Xəbərlər