Reklam resmi
Reklam resmi

Suya görə 40-dan çox insan HƏLAK OLUB

Suya görə 40-dan çox insan HƏLAK OLUB
Dünya

Çadda iki ailə arasında su mənbəyinə çıxışla bağlı yaranan mübahisə qanlı qarşıdurmaya çevrilib. Nəticədə 40-dan çox insan həyatını itirib.

Ajans.az Tchadinfos portalına istinadən xəbər verir ki, ölkənin şərqində baş verən hadisələrdə ən azı 42 nəfər ölüb, 10 nəfər isə yaralanıb.

Çadın Baş nazirinin müavini Liman Mahamat bildirib ki, zorakılıq “klassik icma toqquşmaları” ilə bağlı deyil, iki ailə arasında su resursu uğrunda yaranan mübahisədən başlayıb və sonradan daha geniş ərazi üzrə qisas xarakterli qarşıdurmalara çevrilib.

Prezident Mahamat İdris Déby Itno hadisə ilə bağlı əraziyə Baş nazirin müavini, Müdafiə naziri və Baş Qərargah rəisinin daxil olduğu xüsusi komissiya göndərib.

Rəsmilərin açıqlamasına görə, ordunun bölgəyə yerləşdirilməsi vəziyyəti nəzarət altına almağa imkan verib.

Qeyd olunur ki, qonşu Sudandan gələn qaçqın axını fonunda Çadın şərq regionlarında resurs çatışmazlığı daha da kəskinləşir və bu da yerli icmalar arasında gərginliyi artırır.

author picture
Leyla Bayandurlu
Mövzular:
Çad su

Digər Xəbərlər