Reklam resmi
Reklam resmi

Tanınmış radio aparıcısı VƏFAT ETDİ

Tanınmış radio aparıcısı VƏFAT ETDİ
Dünya

Məşhur “Radio dayə” verilişinin aparıcısı Lev Şimelov 96 yaşında vəfat edib.

Ajans.az xəbər verir ki, bu barədə SHOT məlumat yayıb.

Bildirilib ki, ölüm 24 aprel axşamı Moskvada baş verib və səbəb insult olub. Həkimlərin göstərdiyi tibbi müdaxilələrə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Lev Şimelov uzun illər Moskva Musiqi Zalında çalışıb, Moskonsertdə aparıcı kimi fəaliyyət göstərib. 1979-cu ildən etibarən “Radio dayə” verilişinə rəhbərlik edib və geniş dinləyici kütləsi qazanıb.

O, həmçinin “Multi-Pulti ölkəsində hadisə” musiqili nağılının rejissoru olub, “Bremen musiqiçiləri” layihəsində iştirak edib, eləcə də “Plastilin qarğa” cizgi filminin prodüserliyini həyata keçirib. 1990-cı ildə ona RSFSR-in əməkdar artisti fəxri adı verilib.

author picture
Leyla Bayandurlu
Mövzular:
“Radio dayə” verilişi Lev Şimelov

Digər Xəbərlər