Bağdadda bütün restoranlar BAĞLANDI
Bağdadda qaz çatışmazlığı restoran və kafe sahiblərinə ciddi təsir göstərir.
Ajans.az Shafaq News-a istinadən xəbər verir ki, böhran getdikcə dərinləşir və ictimai iaşə obyektlərinin fəaliyyətini çətinləşdirir.
Bəzi restoranlar qaz qıtlığı səbəbindən fəaliyyətlərini müvəqqəti dayandırmağa məcbur qalıb. Kafelər isə isti içkilər hazırlamaq üçün daha ucuz alternativ kimi kömürdən istifadə etməyə başlayıblar.
Mövzular: