Reklam resmi
Reklam resmi

Rusiyada DƏHŞƏT: 10 nəfər şagirdə HÜCUM ETDİ

Rusiyada DƏHŞƏT: 10 nəfər şagirdə HÜCUM ETDİ
Dünya

Moskvanın Konkovo rayonunda bir qrup yeniyetmə səkkizinci sinif şagirdinə hücum edib.

Ajans.az xarici mediaya istinadən xəbər verir ki, hadisə aprelin 18-də yaşayış binalarının yaxınlığındakı oyun meydançasında baş verib. Məktəbli əvvəlcədən naməlum şəxsdən müəyyən yerə gəlməsi xahiş olunan SMS mesajı alıb və maraq səbəbilə həmin ünvana yollanıb.

Hadisə yerində o, 10 nəfərdən ibarət tanımadığı yeniyetmə qrupu ilə qarşılaşıb. Onlar əvvəlcə məktəblini təhqir edib, daha sonra isə fiziki zorakılıq tətbiq ediblər. Qrup üzvlərindən biri zərərçəkənə zərbələr endirib, digərləri isə onu alçaldaraq tüpürüblər. Hücum edənlər baş verənləri mobil telefonla lentə alıblar.

Hadisə təsadüfi yoldan keçən şəxsin müdaxiləsi nəticəsində dayandırılıb. Yaralanan məktəbliyə xəstəxanada tibbi yardım göstərilib, onun dodağına tikiş qoyulub və müxtəlif bədən xəsarətləri qeydə alınıb.

author picture
Leyla Bayandurlu
Mövzular:
Rusiya hadisə

Digər Xəbərlər