Reklam resmi
Reklam resmi

Putin Dağıstanla bağlı TAPŞIRIQLAR VERDİ

Putin Dağıstanla bağlı TAPŞIRIQLAR VERDİ
Dünya

Rusiya Prezidenti Vladimir Putin Dağıstanda yaşayış məsələləri ilə bağlı yeni tapşırıq verib.

Ajans.az xəbər verir ki, dövlət başçısı hətta qanunsuz tikilmiş evlərdə yaşayan vətəndaşlar üçün də mənzil bərpasına yardım göstərilməsinin vacibliyini vurğulayıb.

Putin qeyd edib ki, bir çox ailənin başqa yaşayış imkanının olmaması nəzərə alınmalı və bu səbəbdən qərarlarda həddindən artıq bürokratik yanaşmaya yol verilməməlidir. Bununla belə, o, gələcəkdə bütün tikililərin qanunvericiliyə uyğun şəkildə qeydiyyata alınmasının təmin edilməsinin vacibliyini də diqqətə çatdırıb.

Mahaçqala meri Cambulat Salavov prezidentə bildirib ki, Dağıstan paytaxtında daşqınlardan zərər çəkən vətəndaşlara artıq 1128 ödəniş həyata keçirilib.

author picture
Leyla Bayandurlu
Mövzular:
Dağıstan Rusiya

Digər Xəbərlər