Reklam resmi
Reklam resmi

Tanınmış aktrisa iş adamı olan həyat yoldaşından BOŞANDI

Tanınmış aktrisa iş adamı olan həyat yoldaşından BOŞANDI
Dünya
916

Türkiyəli aktrisa İrem Helvacıoğlu ilə iş adamı Ural Kaspar rəsmi olaraq boşanıblar. Cütlük 2024-cü ildə evlənmiş, 2025-ci ilin oktyabrında isə qızları Sora dünyaya gəlmişdi.

Ajans.az xəbər verir ki, boşanma prosesi qarşılıqlı razılaşma əsasında baş tutub və yalnız bir məhkəmə iclası ilə yekunlaşıb. Qərara əsasən, 6 aylıq körpənin qəyyumluğu anaya verilib.

Sazişdə ən çox diqqət çəkən məqam uşağın soyadı ilə bağlı bənd olub. İddialara görə, Ural Kaspar aliment və ya təzminat tələb etməmək şərti ilə qızının “Helvacıoğlu” soyadını daşımasına razılıq verib. Bu məsələ tərəflər arasında mübahisə yaradıb və nəticədə boşanma protokoluna xüsusi olaraq daxil edilib.

Boşanmanın rəsmiləşməsindən sonra İrem Helvacıoğlunun sosial şəbəkə hesabından “Kaspar” soyadını silməsi də diqqət çəkib.

Eyni zamanda iddialara görə, cütlük artıq bir müddət əvvəl ayrı yaşamağa başlayıb. Ural Kasparın evlilik dövründə ayrı mənzil kirayələdiyi və münasibətlərdə gərginliklərin olduğu da bildirilir.

author picture
Leyla Bayandurlu
Mövzular:
Türkiyə İrem Helvacıoğlu Ural Kaspar

Digər Xəbərlər