Rusiyada kişi yeniyetməni metal dabankeş ilə DÖYDÜ- VİDEO
Rusiyanın Krasnoyarsk vilayətində kişi yeniyetməyə hücum edərək onu metal dabankeş ilə döyüb. Nəticədə uşaq ağır xəsarətlər alıb.
Ajans.az SHOT teleqram kanalına istinadən xəbər verir ki, hadisə Açinsk şəhərinin Privokzalnı rayonunda baş verib. Bildirilir ki, bir qrup uşaq yaşayış binasının girişində oturarkən, səsə əsəbiləşən yerli sakin çölə çıxaraq onları qovmağa başlayıb.
Uşaqların əksəriyyəti qaçmağa nail olsa da, 13 yaşlı oğlan qaça bilməyib. Hücumçu onu yaxalayaraq girişin yaxınlığında döyməyə başlayıb.
Hadisəyə təsadüfən şahid olan bir nəfər müdaxilə edərək uşağı xilas edib, hücumçunu dayandırıb və zərərçəkmişi evinə aparıb. Yeniyetmə çoxsaylı xəsarət alıb.
Mövzular: