Xaricdə yaşayan azərbaycanlıların NƏZƏRİNƏ
Azərbaycanın Almaniyadakı və Lüksemburqdakı səfirlikləri səyyar konsulluq xidmətləri həyata keçirəcək.
Ajans.az xəbər verir ki, bu barədə Azərbaycanın Almaniyadakı səfirliyinin və Belçikadakı səfirliyinin "X" hesabında paylaşım edilib.
"25-26 aprel 2026-cı il tarixində Azərbaycanın Almaniyadakı Səfirliyi tərəfindən Köln şəhərində səyyar konsulluq xidmətinin göstərilməsi planlaşdırılır", - Almaniyadakı səfirliyin məlumatında bildirilib.
"Lüksemburqda yaşayan Azərbaycan vətəndaşlarının diqqətinə! Səyyar konsulluq xidməti 4 may 2026-cı il tarixində Lüksemburq şəhərində həyata keçiriləcək", - Belçikadakı səfirliyin məlumatında bildirilib.
Mövzular: