Reklam resmi
Reklam resmi

Bu ölkə hava məkanını BAĞLAYIR

Bu ölkə hava məkanını BAĞLAYIR
Dünya
428

Ermənistan mayın 3-dən 5-dək hava məkanını yüngül və ultra yüngül təyyarələr, eləcə də pilotsuz uçuş aparatları üçün bağlayacaq.

Ajans.az xəbər verir ki, bu barədə Ermənistan Mülki Aviasiya Komitəsi məlumat yayıb. 

"2026-cı il may ayının 3-dən 5-dək Ermənistan Respublikasında keçirilən genişmiqyaslı tədbirləri (8-ci Avropa Şurası Zirvə Görüşü, Ermənistan-AB Zirvə Görüşü və İrəvan Dialoqu) və bu tədbirlərdə çoxsaylı xarici nümayəndə heyətlərinin iştirakını nəzərə alaraq, sizə bildiririk ki, təhlükəsizlik səbəblərinə görə, bu müddət ərzində mülki pilotsuz uçuş aparatları da daxil olmaqla ümumi aviasiya uçuşları Ermənistan Respublikasının hava məkanında qadağandır", - deyə açıqlamada bildirilir. 

Mövzular:
Ermənistan hava məkanı bağlandı

Digər Xəbərlər