İsraildə ölənlərin sayı AÇIQLANDI
İsrail Hərbi Hava Qüvvələrinin Livanın cənub bölgələrinə endirdiyi zərbələr nəticəsində son 24 saat ərzində azı 35 nəfər həlak olub, daha 159 nəfər yaralanıb.
Ajans.az xəbər verir ki, bu barədə Livanın Səhiyyə Nazirliyi məlumat yayıb.
Qurumun məlumatına görə, martın 2-dən etibarən başlayan hərbi eskalasiya nəticəsində həlak olanların ümumi sayı 2124 nəfərə, yaralananların sayı isə 6921 nəfərə çatıb.
Mövzular: