800-ə yaxın ev su altında qaldı - bu ölkədə
Dağıstanın doqquz yaşayış məntəqəsində 760-dan çox ev hələ də su altında qalmaqdadır.
Ajans.az xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin (MÇS) mətbuat xidməti məlumat yayıb.
“Regionun beş bələdiyyə qurumunda doqquz yaşayış məntəqəsi hələ də su altında qalır: ümumilikdə 762 yaşayış evi, 812 həyətyanı sahə və 76 avtomobil yolu sahəsi”, – məlumatda bildirilir.
Mövzular: