Rusiya-Ukrayna cəbhəsində atəşkəs BAŞLADI
Rusiya Prezidenti Vladimir Putinin Pasxa bayramı ilə əlaqədar elan etdiyi atəşkəs qüvvəyə minib.
Ajans.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
Atəşkəs aprelin 11-də Moskva vaxtı ilə saat 16:00-dan aprelin 12-si günün sonuna qədər davam edəcək.
Məlumata görə, Rusiya Pasxa atəşkəsi müddəti ərzində bütün hərbi əməliyyatları dayandırıb.
Mövzular: