Reklam resmi
Reklam resmi

ABŞ İran aktivlərini açmağa RAZILAŞDI

ABŞ İran aktivlərini açmağa RAZILAŞDI
Dünya

ABŞ xarici banklarda dondurulmuş İran aktivlərinin bir hissəsinin blokdan çıxarılmasına razılıq verib.

Ajans.az xəbər verir ki, bu barədə Reuters agentliyi məlumat yayıb.

Məlumata görə, sözügedən vəsaitlər əsasən Qətərdə və digər ölkələrin banklarında yerləşir. İran tərəfi bu addımı Vaşinqtonun “xoşməramlılıq siqnalı” və mümkün uzunmüddətli razılaşmaya hazırlıq kimi qiymətləndirir.

Hazırda ABŞ tərəfindən məsələ ilə bağlı rəsmi təsdiq verilməyib. Bildirilir ki, qərar İslamabadda davam edən danışıqlarla əlaqəli ola bilər.

author picture
Leyla Bayandurlu
Mövzular:
ABŞ İran

Digər Xəbərlər