Livana endirilən zərbələrdə 8 nəfər ölüb
İsrail Hərbi Hava Qüvvələrinin ölkənin cənubundakı Nəbatiyə şəhərinə endirdiyi zərbə nəticəsində Livan təhlükəsizlik qüvvələrinin azı 8 əməkdaşı ölüb.
Ajans.az xəbər verir ki, bu barədə NNA agentliyi məlumat verib.
Məlumata görə, zərbə yerli administrasiya binasına endirilib. Xilasetmə işləri davam edir və qurbanların sayı arta bilər.
Mövzular: