Reklam resmi
Reklam resmi

Cənubi Koreya mobil interneti pulsuz EDƏCƏK

Cənubi Koreya mobil interneti pulsuz EDƏCƏK
Dünya

Cənubi Koreya hökuməti mobil internet xidmətini ictimaiyyət üçün pulsuz etməyi planlaşdırır.

Ajans.az xarici KİV-ə istinadən xəbər verir ki, qərar ölkənin əsas mobil operatorları — SK Telecom, KT və LG Uplus ilə razılaşdırılıb. Plana əsasən, istifadəçinin ödənişli data paketi bitdikdən sonra avtomatik olaraq 400 kbit/s sürətlə limitsiz internetə çıxış təmin ediləcək. Bu sürətin axtarış sistemləri, mesajlaşma tətbiqləri və xəritə xidmətlərindən istifadə üçün kifayət edəcəyi bildirilir.

Baş nazirin müavini və Elm və İKT naziri Bae Kyung-hoon bildirib ki, vətəndaşlar onlayn xidmətlərdən məhrum qalmamalıdır. Onun sözlərinə görə, internetə çıxış əsas ehtiyac və ölkənin gələcəyinə investisiya hesab olunur.

Yeni sistemin iyun ayına qədər tətbiq ediləcəyi və təxminən 7,17 milyon abunəçiyə təsir edəcəyi gözlənilir.

author picture
Leyla Bayandurlu
Mövzular:
Cənubi Koreya internet

Digər Xəbərlər