Reklam resmi
Reklam resmi

Bu millinin məşqçisi VƏFAT ETDİ

Bu millinin məşqçisi VƏFAT ETDİ
Dünya

Polşa milli futbol komandasının köməkçi məşqçisi Yaçek Magera 49 yaşında vəfat edib.

Ajans.az xəbər verir ki,Polşa Futbol Assosiasiyası (PZPN) bu barədə rəsmi saytında məlumat yayıb.

Mageranın ölüm səbəbi açıqlanmayıb. Assosiasiyanın bəyanatında bildirilir: “PZPN Yaçek Mageranın ailəsinə, dostlarına və yaxınlarına dərin hüznlə başsağlığı verir və bu çətin dövrdə ailənin şəxsi həyatına hörmət olunmasını xahiş edir”.

Məlumata görə, Magera cümə günü, 10 apreldə qaçış zamanı huşunu itirib. O, xəstəxanaya çatdırılsa da, həkimlərin səylərinə baxmayaraq, həyatını xilas etmək mümkün olmayıb.

author picture
Leyla Bayandurlu
Mövzular:
Polşa milli futbol komandası Yaçek Magera

Digər Xəbərlər