ABŞ və Macarıstan bu sahədə əməkdaşlığı gücləndirir
Macarıstan Amerika neftinin alışını artırır, həmçinin ABŞ ilə nüvə energetikası sahəsində əməkdaşlıq etməyi planlaşdırır.
Ajans.az xəbər verir ki, bu barədə ABŞ-nin Vitse-prezidenti Cey Di Vensin Budapeştə səfərinin yekunlarına dair Ağ Evin açıqlamasında deyilir.
Qeyd olunub ki, Macarıstanın "MOL" şirkəti Amerika şirkətlərindən ümumi məbləği təqribən 500 milyon dollar olan 510 min xam neft alıb. Vaşinqton və Budapeşt həmçinin kiçik modul reaktorları, xüsusən də Macarıstan tərəfindən potensial dəyəri 20 milyard dollara qədər olan 10-a qədər kiçik reaktorun inşası layihəsi üzrə əməkdaşlıq etmək barədə razılığa gəlib.
Mövzular: