Reklam resmi
Reklam resmi

Ukraynada məşhur bazar VURULDU: ÖLƏNLƏR VAR

Ukraynada məşhur bazar VURULDU: ÖLƏNLƏR VAR
Dünya

Rusiya ordusunun Ukraynanın Nikopol şəhərindəki bazara pilotsuz uçuç aparatı ilə zərbəsi nəticəsində 5 nəfər ölüb, 19 nəfər yaralanıb.

Ajans.az xəbər verir ki, bu barədə Dnepropetrovsk vilayət hərbi administrasiyası məlumat yayıb.

Məlumata görə, hücum FPV dronları ilə həyata keçirilib. Nəticədə üçü qadın və ikisi kişi olmaqla, beş nəfər ölüb.

Bundan əlavə, 19 nəfər yaralanıb. Yaralılar arasında 14 yaşlı yeniyətmə qız da var. O, xəstəxanaya yerləşdirilib, həkimlər vəziyyətini ağır qiymətləndirirlər.

Mövzular:
Rusiya Ukrayna

Digər Xəbərlər