Zavodda YANĞIN: Ölənlər VAR - bu ölkədə
Tatarıstanda "Nijnekamskneftekim" zavodunda baş vermiş hadisə nəticəsində yeddi nəfərin həlak olduğu təsdiqlənib.
Ajans.az xəbər verir ki, bu barədə "Sibur Nijnekamsk - Nijnekamskneftekim" şirkətinin rəsmi "Telegram" kanalında məlumat verilib.
"Hadisənin nəticələrinin aradan qaldırılması üzrə işlər davam etdirilir, konstruksiyaların sökülməsi və axtarış əməliyyatı aparılır. 3 aprel, cümə günü axşam saatlarına olan məlumata görə, yeddi nəfərin həlak olduğu təsdiqlənib", - məlumatda bildirilib.
Mövzular: