Reklam resmi
Reklam resmi

İranda yeni trend: Tramp və Netanyahu tərliklə VURULUR

İranda yeni trend: Tramp və Netanyahu tərliklə VURULUR
Dünya

İranda sosial mediada yayılan qeyri-adi video istifadəçilər arasında gülüş doğurub və qısa zamanda trendə çevrilib.

Ajans.az xəbər verir ki, görüntülərdə yaşlı bir kişinin sadə avadanlıqlarla hazırladığı və əl ilə işləyən mexaniki qurğu nümayiş olunur. Qurğunun üzərində ABŞ prezidenti Donald Tramp və İsrailin baş naziri Benyamin Netanyahunun şəkilləri yerləşdirilib.

Videoda kişi qurğunun ipini dartdıqca, qurğuya bərkidilmiş tərliklər hərəkət edərək Tramp və Netanyahunun təsvirlərini “vurur”. Bu səhnələr sosial şəbəkə istifadəçiləri tərəfindən maraqla qarşılanıb.

Bəzi istifadəçilər görüntülərə zarafatla reaksiya verərək, həmin qurğunu “yeni silah” kimi təqdim ediblər.

author picture
Leyla Bayandurlu
Mövzular:
İsrail İran

Digər Xəbərlər