Paşinyanın şəkilini YANDIRDILAR- VİDEO
Moskvanın mərkəzində Ermənistan səfirliyinin yaxınlığında keçirilən etiraz aksiyası zamanı Ermənistanın baş naziri Nikol Paşinyanın portreti yandırılıb. Aksiya Paşinyanın Rusiyaya işgüzar səfəri ilə eyni vaxta təsadüf edib.
Ajans.az SHOT teleqram kanalına istinadən xəbər verir ki, etirazçılar çıxışlarında Erməni Kilsəsinin daxili işlərinə müdaxiləyə son qoyulmasını tələb ediblər. Onlar Paşinyan hökumətini sərt tənqid edərək, ölkəni zəiflətməkdə və korrupsiyada ittiham ediblər.
Aksiya iştirakçıları həmçinin bildiriblər ki, Yaxın Şərqdə baş verən hadisələr fonunda rəsmi Yerevanın mövqeyi onları narazı salır. Onların sözlərinə görə, İranın regionda oynadığı rol və erməni irsinin qorunması məsələsi nəzərə alınmayıb.
Mövzular: